Klopp: "Avropa Liqasının finalını Bakıya salmaq gülməli qərardır"

18:31 - 10 May 2019

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının finalında üz-üzə gələcək "Çelsi"  "Arsenal" matçının Bakıda keçirilməsi barədə danışıb.

 

Sportal.az "Metro"ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis həlledici görüşün Bakı Olimpiya Stadionunda keçirilməsini gülməli qərar adlandırıb: "Avropa Liqasının finalını Bakıya salmaq gülməli qərardır. Bu qərarı verən adamların səhər nə yediklərini bilmirəm. Ötən il biz ÇL-də final oyunu üçün gözəl şəhər olan Kiyevə yollandıq. Rusiya və dünyanın bu ölkəsindən hansısa komanda çətin ki, finala vəsiqə əldə etsin. İndi Madrid 200 min ingilis azarkeş üçün hazırlıq görür. Madrid bahalı şəhərdir, lakin dünyanın digər nöqtəsində deyil. Bakıya getmək üçün heç bir ipucu yoxdur və ora səfər etmək gülüncdür. Əsl məsuliyyətsizlikdir".

 

Çempionlar Liqasının finalı Madriddə, Avropa Liqasının finalı isə Bakıda baş tutacaq.

Xəbər xətti