"Qarabağ"ın futbolçusu turun ən yaxşısı seçildi

18:53 - 10 May 2019

“InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının XXVII turunun ən yaxşı futbolçusu məlum olub.

 

Sportal.az xəbər verir ki, bu, “Qarabağ”ın hücumçusu Mahir Mədətovdur. 21 yaşlı futbolçu “Səbail”ə qarşı görüşdə 90 dəqiqə meydanda olub və het-triklə yadda qalıb.

 

Araşdırmalara əsasən, Mahir Mədətov turun ən yaxşı indeksə malik futbolçusudur.

 

Xəbər xətti