"Zirə"nin "Sabah"la 4-cü dueli

00:22 - 11 May 2019

Bu gün Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünə yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, mövsümdə son oyununu keçirəcək “Zirə” “Sabah”la üz-üzə gələcək. Çempionata səfər matçı ilə yekun vuracaq “qartallar” bu rəqiblə 4-cü dəfə qarşılaşacaq. Əvvəlki üç oyun cari mövsümə təsadüf edib. Hər üç matçda Premyer Liqanın debütantı qalib gəlib. Bu qarşılaşmaların hərəsində iki top buraxan “Zirə” yalnız səfər oyununda bir qol vurub. Komandanın yeganə qoluna Tellur Mütəllimov imza atıb. Matçlardakı top fərqi 1:6-dır.

 

“Zirə” – “Sabah”: Bütün oyunlar
2018/19 mövsümü


25.08.2018. “Zirə” – “Sabah” – 0:2
Marko Deviç, 2, 30

 

27.10.2018. “Sabah” – “Zirə” – 2:1
Məqsəd İsayev, 45+1; Cavid İmamverdiyev, 90+2 // Tellur Mütəllimov, 73

 

02.02.2019. “Zirə” – “Sabah” – 0:2
Marko Deviç, 47 (p.); Rəşad Eyubov, 68

Xəbər xətti