Azərbaycan Premyer Liqasında mövsümə yekun vuruldu YENİLƏNİB

19:54 - 11 May 2019

Azərbaycan  Premyer Liqasında 2018/2019 mövsümünə yekun vurulub. Sonuncu - XXVIII turun bütün oyunları eyni gündə keçirilib.

 

Sportal.az xəbər verir ki, əvvəlcə bürünc medalçı “Səbail” mövsümü sonuncu bitirəcəyi dəqiqləşən “Keşlə”ni qəbul edib. Görüş qonaq komandanın 4:1 hesablı qələbəsiylə başa çatıb.

 

Digər oyunlarda “Zirə” "Sabah"ın, “Qəbələ” “Sumqayıt”ın qonağı olub. "Zirə" 3, "Sumqayıt" 1 cavabsız qolla qələbə qazanıb.

 

Mövsümə “Qarabağ”la “Neftçi”nin derbi oyunu ilə yekun vurulub. Çempionla gümüş medalçının 8-ci km stadionundakı duelində Ağdam təmsilçisi 3:2 hesablı qələbə m qazanıb.

 

15:00 “Səbail” – “Keşlə” - 1:4

Qollar: Oke Akpoveta, 53 -  Andre Klennon, 7, Edvina Girdvainis, 38, Samir Məsimov, 45, Conatan Ayite, 73

Qırmızı vərəqə: Edvinias Girdvainis, 52 ("Keşlə")

Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Elşad Abdullayev, Namiq Bəkirov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

“ASCO Arena”

 

16:00 “Sabah” – “Zirə” - 0:3

Qollar: Xulio Sezar Rodriqes, 38, 80, Robin Nqalande, 69

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Asif Əliyev

“Əlincə Arena” 

 

16:00 “Sumqayıt” – “Qəbələ” - 1:0

Qol: Ülvi İsgəndərov, 68

Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rövşən Rəcəbov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“Kapital Bank Arena”

 

18:00 “Neftçi” – “Qarabağ” - 2:3

Qollar: Emin Mahmudov, 38 (pen.), Canluka Sansone, 40 - Mahir Mədətov, 15, 64, Riçard Almeyda, 90

Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Rauf Allahverdiyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Şaiq Həmidov

“Bakcell Arena”

 

Xəbər xətti