"Bu, acizliyin son həddidir" - "İmarət"dən "Neftçi" rəhbərliyinə

“Neftçi” Azərbaycan Premyer Liqasında mövsümün sonuncu – 28-ci turunda bu gün “Bakcell Arena”da “Qarabağ”la keçiriləcək oyunun biletlərini yüksək qiymətə satışa çıxarıb.

 

Sportal.az xəbər verir ki, bütün sektorlara bilet qiyməti 50 manat təşkil edir. Bakı klubunun rəhbərliyinin bu addımı heç də birmənalı qarşılanmayıb.

 

“Qarabağ”a azarkeşlik edən “İmarət” azarkeş qrupunun İdarə Heyətinin üzvü Elnur Quliyev yenicag.az-a açıqlamasında bunu acizlik adlandırıb:

 

“Məsələ ilə bağlı PFL və “Qarabağ”a məlumat vermişik. Hazırda gözləmə mövqeyindəyik. Bu, acizliyin son həddidir. Görünür, “Qarabağ” rəhbərliyi stadion dəyişiminə müsbət cavab vermədiyi üçün belə addım atıblar. Polisə də yalan məlumat veriblər ki, guya təhlükə gözlənilir. Bütün məqsədlər ondan ibarətdir ki, “Qarabağ”ın “Neftçi”nin stadionunda çempionluğu qeyd etməsinə mane olsunlar. Yaxşı olardı ki, öz üzərlərində işləyib, növbəti mövsümü düşünsünlər. “İmarət” dava-dalaşın əleyhinədir. Bütün üzvlərimiz də təlimatlandırılıb. Xüsusi bir atmaca-filan da olmayacaq. Onsuz da il boyu “Neftçi”ni üstələyib, çempion olmuşuq”.

 

Qeyd edək ki, paytaxt klubunun mövsüm ərzində ev oyunlarında bilet qiyməti VİP yerlərə 5, digər sektorlara isə 1 manat olub.

Tarix: 11 May [13:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Sentyabr 2019
14  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio