Ansi Aqolli Bakıda

17:41 - 11 May 2019

Bir müddət öncə “Qarabağ”dan ABŞ-ın “Nyu-York Kosmos” klubuna keçən Ansi Aqolli Bakıya gəlib. Albaniyalı futbolçu Premyer Liqanın 28-ci turu çərçivəsində keçiriləcək "Neftçi" - "Qarabağ" oyununu tribunadan izləyəcək.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı müdafiəçi Premyer Liqanın qalibi olmuş "Qarabağ"ın mükafatlandırma mərasimində iştirak edəcək.

 

"Neftçi" - "Qarabağ" matçından sonra mükafatlandırma mərasimi baş tutacaq. "Bakcell Arena"da reallaşacaq matç 18:00-da başlayacaq.

Xəbər xətti