Qurban Qurbanov "Qarabağ"dan ayrılanların adlarını açıqladı

21:25 - 11 May 2019

Mövsümü çempion başa vuran "Qarabağ" üç futbolçusu ilə yollarını ayırıb.  

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Reynaldo Silva, İnnosent Emeqara və Yakub Jezniçakla başa çatan müqaviləni uzatmayıb.

 

Bu barədə açıqlamasında Qurban Qurbanov deyib: "Müqavilə müddəti başa çatan Reynaldo Silva və Yakub Jezniçakla dünən görüşərək sağollaşdıq. Emeqara ilə 1+1  sistemi ilə razılaşmışdıq. Yeni müqavilə imzalamasına gərək duymadıq".

Xəbər xətti