Rəşad Sadıqov daha bir il "Qarabağ"da

21:31 - 11 May 2019

"Qarabağ"da yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu kapitan Rəşad Sadıqovla müqaviləni uzadıb. 36 yaşlı müdafiəçi daha bir "köhlən atlar"da çıxış edəcək. Bu barədə məlumatı komandanın baş məşqçisi Qurban Qurbanov verib. Təcrübəli mütəxəssis Donald Geryenin də klubda qalacağını bildirib: "Rəşadla bir neçə gün əvvəl görüşümüz oldu. Karyerasını davam etdirməsinə qərar verdik. Daha bir il komandamızın uğurları üçün çalışacaq. Gerye də bizimlə qalacaq". 

 

Rəşad Sadıqov 2011-ci ildən "Qarabağ"da çıxış edir. 

 

Təcrübəli futbolçu bu mövsüm bütün turnirləri nəzərə almaqla 28 oyun keçirib.

Xəbər xətti