UEFA-nın yeni sistem hazırlığı: Çempionlar Liqasının formatında dəyişiklik

12:42 - 12 May 2019

UEFA bayrağı altında keçirilən yarışların formatı yaxın gələcəkdə dəyişdiriləcək.

 

Sportal.az xəbər verir ki, futbol qurumu üç liqadan ibarət turnirin hazırlığını görür. Yeni formatda Çempionlar Liqasında nəhəng klublar mübarizə aparacaq. "Ayaks" kimi cari mövsüm möcüzələr edən klubların ÇL-də iştirakı daha çətin olacaq.

 

UEFA 2024-cü ildən yeni formatda yarışları keçirmək istəyir. Çempionlar Liqası və Avropa Liqasının formatında dəyişiklik ediləcək və yeni - üçüncü turnir yaradılacaq. Yeni formatda aşağı liqaya düşmək və yuxarı liqaya yüksəlmək olacaq. Komandaların öncəki illərdə beynəlxalq arenalardakı uğurları əsas amil kimi götürülməyəcək.

 

ÇL-də 4 qrupun hər birində 8 komanda mübarizə aparacaq. Qruplarda ilk 4 yeri tutan komanda mərhələ adlayacaq. Digər komandalar isə öz aralarında oynayacaq və aşağı liqaya düşəcək 4 klub müəyyənləşcək.

 

Çempionlar Liqasında 32 klubdan ən yaxşı 24-ü öz çempionatındakı mövqeyindən asılı olmayaraq, növbəti mövsüm yarışa qatılacaq. Qalan 8 klubun 4-ü II Liqadan (Avropa Liqası), digər 4-ü isə başqa çempionatların klubları olacaq.

 

II Liqaya (Avropa Liqası) qatılacaq 32 klubun 20-si ölkə çempionatlarından gələcək. Digər 4 komanda elit liqadan (Çempionlar Liqası) düşəcək, 8 komanda isə III Liqadan yüksələcək. III Liqada isə 64 klub mübarizə aparacaq. Qruplarında lider olan 4 komanda üst liqaya yüksələcək.

 

UEFA-nın gətirdiyi yeni sistem klubların gəlirinə, hədəflərinə, oyun təqvimlərinə və ölkə liqalarındakı rəqabətə təsir edəcək, köklü dəyişiklik olacaq.

 

- Böyük klubların ölkə çempionatındakı uğursuzluğu elit liqadakı çıxışa əngəl törətməyəcək. Bu komandaların UEFA-dan gəlirləri qaranti olacaq.

- Çempionlar Liqasında hər komanda ən azı 6 oyun keçirirsə, yeni sistemdə say artacaq. Oyunların çoxluğu daxili çempionatların təqviminə də təsir edəcək. Bu səbəbdən də matçların həftəsonu keçirilməsi də planlaşdırılır.

- II Liqada rəqabət olacaq, çünki yarımfinalçılar növbəti mövsüm elit liqada çıxış edəcək.

Xəbər xətti