"Mançester Yunayted" ayrılığı açıqladı

16:48 - 12 May 2019

İngiltərə Premyer Liqasında çıxış edən "Mançester Yunayted" klubunda ayrılıq baş verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" yarımmüdafiəçisi Ander Herrera ilə başa çatan müqaviləni uzatmayıb. İspaniyalı futbolçu Mançester təmsilçisindən ayrılıb və azad agent statusuna yiyələnib.

 

İngiltərə mətbuatının məlumatına görə, 29 yaşlı futbolçu karyerasını PSJ-də davam etdirəcək.

 

Herrera "Mançester Yunayted"də 189 oyun keçirib və 20 qol vurub.

Xəbər xətti