"Qalatasaray"ın futbolçusu ən azı 10 ay oynamayacaq

17:17 - 12 May 2019

"Qalatasaray" ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, İstanbul klubunun yarımmüdafiəçisi Əmrə Akbaba sıradan çıxıb. Super Liqanın 32-ci turunda "Rizəspor"la səfər matçında zədələnən futbolçunun durumu ciddidir. Ayağında qırıq aşkarlanan futbolçu ən azı 10 ay yaşıl meydanlardan kənar qalacaq.

 

Türkiyə millisinin üzvü əməliyyat ediləcək.

Xəbər xətti