"Mançester Siti" çempion oldu VİDEO

00:06 - 13 May 2019

İngiltərə Premyer Liqasında 2018/19 mövsümünün qalibi bəlli olub.

 

Sportal.az xəbər verir ki, sonuncu turda "Mançester Siti" səfərdə "Brayton"a 4:1 hesabı ilə qalib gəlib və çempion olub. "Şəhərlilər" ardıcıl 2-ci, ümumilikdə 6-cı dəfə Premyer Liqa çempionluğu qazanıb.

 

"Mançester Siti" 98 xalla Premyer Liqanı 1-ci başa vurub. "Liverpul" 97 xalla 2-ci, "Çelsi" 72 xalla 2-ci, "Tootenhem" 71 xalla 4-cü olub. Bu komandalar növbəti mövsüm Çempionlar Liqasında çıxış edəcək. 

 

"Arsenal" 70 xalla mövsümü 5-ci pillədə bitirib və Avropa Liqasının qrupunda oynamaq hüququ qazanıb. 66 xalı olan "Mançester Yunayted" isə 6-cı yerlə kifayətlənib. "Qırmızı şeytanlar" gələn mövsüm Avropa Liqasında mübarizəyə təsnifat mərhələsindən başlayacaq.

 

"Kardiff Siti", "Fulhem" və "Haddersfild" isə Premyer Liqanı tərk ediblər.

 

"Brayton" - "Mançester Siti" - 1:4

Qollar: Murrey, 27 - Aquero, 28, Lapor, 38, Mahrez, 63, Gündoğan, 72

 

 

 

Xəbər xətti