Mövsümdə ilk, Premyer Liqada 6-cı

“Zirə” Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünü böyükhesablı qələbə ilə başa vurub.

 

Sportal.az xəbər verir ki, XXVIII turun “Sabah”la səfər oyununda əldə olunan 3:0 hesablı qələbə mövsümdə ilk belə nəticə olub.

 

Ümumilikdə isə “Zirə” Premyer Liqada 6-cı böyükhesablı qələbəsini qazanıb. Debüt mövsümü olan 2015/16 mövsümündə iki dəfə belə nəticə ilə qalib gələn komanda ilk uğuruna 2016-cl il fevralın 27-də “Neftçi” ilə ev oyununda imza atıb – 3:0.

 

Ümumiyyətlə, 2015/16 və 2017/18 mövsümlərinin hərəsində iki belə qələbəsi olan qəsəbə təmsilçisi 2016/17 və 2018/19 mövsümlərində bir dəfə fərqli hesabla qalib gəlib. “Zirə”nin altı böyükhesablı qələbəsindən dördü səfərdə, ikisi evdə qeydə alınıb. Komanda beş dəfə üç, bir dəfə dörd top fərqi ilə qalib gəlib.

 

“Sabah”la matçdakı qalibiyyət “Zirə”nin bütün turnirlərdə ümumilikdə 13-cü böyükhesablı qələbəsi olub.

 

“Zirə”nin Premyer Liqadakı böyük hesablı qələbələri:

 

2015/16 mövsümü

27.02.2016. “Zirə” – “Neftçi” - 3:0

10.04.2016. “Rəvan” – “Zirə” - 0:4

 

2016/17 mövsümü

29.04.2017. AZAL – “Zirə” - 0:3

 

2017/18 mövsümü

20.08.2017. “Kəpəz” – “Zirə” 0:3

14.10.2017. “Zirə” – “Kəpəz” - 3:0

 

2018/19 mövsümü

11.05.2019. “Sabah” – “Zirə” - 0:3

Tarix: 13 May [00:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2019
18  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio