"Qarabağ"dan ayrılan futbolçu ölkəsinə qayıdır

11:55 - 13 May 2019

"Qarabağ"dan ayrılan polşalı futbolçu Yakub Jezniçak karyerasını ölkəsində davam etdirməyə hazırlaşır.

 

Sportal.az polsatsport.pl saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçinin danışıqlar apardığı klubların adı məlum deyil. Onun sabiq klubu "Legiya"ya dönmək ehtimalının olduğu iddia edilir.

 

Jezniçak 2017-ci ildə "Qarabağ"a "Legiya"dan keçmişdi. O, Ağdam klubunda 46 oyun keçirib.

Xəbər xətti