"Arsenal" Bakıya nə vaxt gəlir?

17:07 - 13 May 2019

"Arsenal"ın Avropa Liqasının final matçı üçün Bakıya səfər planı açıqlanıb

 

Sportal.az xəbər verir ki, mayın 20-də bir araya gələcək "topçular" 3 gün hazırlıq keçdikdən sonra mayın 25-də Bakıya doğru hərəkət edəcək.London klubu Azərbaycan paytaxtında da daha 3 məşq gerçəkləşdirəcək.

 

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Arsenal"ın rəqibi "Çelsi" olacaq. Oyun saat 23:00-da başlanacaq.

Xəbər xətti