"Səbail"də yeni müqavilə

17:30 - 13 May 2019

Premyer Liqada mövsümü üçüncü yerdə başa vuran "Səbail" transfer fəaliyyətini davam etdirir.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi yarımmüdafiəçisi Rahid Əmirquliyevlə müqaviləni uzadıb. 29 yaşlı futbolçu daha bir il "dənizçilər"in formasını geyinəcək.

 

Əmirquliyev ötən yay "Qarabağ"dan "Səbail"ə keçmişdi.

 

Paytaxt klubu Ruslan Qurbanov, Enrike Perilyo, İmanol İrriberi və Tamazi Tsetxaladze ilə yolları ayırıb.

Xəbər xətti