Rəşad Sadıqovdan gündəm yaradacaq REPLİKA

"Space" radionun "İdmanda" verilişinə qonaq olan "Qarabağ"ın kapitanı Rəşad Sadıqov gündəm yaradacaq açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı futbolçu getdikcə ölkə çempionatının oyunlarına azarkeş marağının azalmasının səbəbi haqda verilən suala cavabı belə başlayıb: "Bununçün biletlərin qiymətini qaldırmaq lazımdır".

 

Daha sonra müxtəlif detallara toxunaraq sualı cavablandıran təcrübəli oyunçu o replikanı ölkə çempionatının son turunda "Neftçi"ylə səfər qarşılamasında bilet qiymətlərinin bütün sektorlar üzrə 50 manat edilməsinə atıb.

 

Sadıqov verilişdə 8 komandalı ölkə çempionatı haqda suala da maraqlı cavab verib: "8 komandalı çempionatın olması heç yaxşı deyil. İnişafa mane olur..."

 

VAR sisteminin Azərbaycanda da tətbiqinin lazım olduğunu bildirən Sadıqov yerli futbol hakimliyində gəncləşdirməni yaxşı qəbul etdiyini açıqlayıb.

 

Ən çox "Barselona"nı izlədiyini, Ferqüssonun gedişinədək ən simpatiyası olan kubun "Mançester Yunayted" oluğunu, eləcə də "Beşiktaş" "Spartak Moskva"ya daha çox simpatiya bəslədiyini açıqlayan qonaq karyerasını bitirəndən sonra məşqçiliyi bərpa edib-etməyəcəyi haqda belə danışıb: "Çətindi indi qəti nəsə deməyim. Ümumiyyətlə, məşqçilik bir az ədalətsiz peşədir. Nəticələrdən asılı oaraq ən çox sən önə çəkilirsən. Buna görə də taleyin kimdənsə asılı olur. Futbolçu deyilsən ki, müqavilənə görə səndən çəkinsinlər, məşqçi bir oyun, iki oyun uduzdu, hər an haqqında qərar qəbul edilə bilər. Buna görə də bir az qəti fikir bildirməkdə çətinlik çəkirəm baş məşqçi olmaq barədə..." (Futbolpress.az)

Tarix: 14 May [14:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 May 2019
21  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio