Divizion klublarının cəzası açıqlandı

16:21 - 14 May 2019

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

I Divizionun 26-cı turunun “Səbail-2” – “Zirə-2” matçında “Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Oyunun 28-ci dəqiqəsində “Zirə-2” klubunun futbolçusu Hüseyn Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

 

I Divizionun 26-cı turunun “Qarabağ-2” – “Kəpəz” matçı “Kəpəz” komandasına görə 10 dəqiqə gec başlayıb. Buna görə “Kəpəz” klubu 240 manat cərimə olunur.

 

I Divizionun 26-cı turunun “Keşlə-2” – “Zaqatala” matçında “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. 

 

Oyunun 69-cu dəqiqəsində “Keşlə-2” klubunun futbolçusu Əkbər Vəliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

 

I Divizionun 26-cı turunun “Ağsu” – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

I Divizionun 26-cı turunun “Sumqayıt-2” – “Şüvəlan” matçında “Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Xəbər xətti