Koutinyonun agentindən transfer açıqlaması

14:21 - 16 May 2019

Mövsümün sonunda "Barselona"dan ayrılacağı gözlənən Filippe Koutinyonun agenti Andrea Bertoluççi açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Koutinyonun "Atletiko"ya keçəcəyi barədə yayılan xəbərləri təkzib edib: "Antuan Qrizmannın "Barselona"ya, Koutinyonun "Atletiko" keçəcəyini deyirlər. Bu iddialar doğru deyil. Belə dəyişiklik olmayacaq. Nə üçün belə xəbər yayılıb, bilmirəm. Koutinyonun gələcəyi barədə çox danışmaq istəmirəm".

 

"Sport" qəzeti "Barselona"nın braziliyalı yarımmüdafiəçini ən azı 100 milyon avroya satmağa hazır olduğunu vurğulayıb. 

 

26 yaşlı futbolçunun kataloniyalılarla müqaviləsi 2023-cü ilə qədərdir.

Xəbər xətti