"Zirə"də ilk və rekord

“Zirə” Azərbaycan Premyer Liqasının 2018/19 mövsümündə topladığı 31 xalla çempionatı 5-ci pillədə başa vurub.

 

Sportal.az xəbər verir ki, dördüncü dəfə Azərbaycanın ən güclüləri sırasında mübarizə aparan “qartallar” üçün mövsüm ilklə əlamətdar olub. İlk dəfə komanda səfərdə evdəkindən daha çox qol vurub. Mövsüm ərzində rəqib qapılarına 30 dəfə yol tapan “Zirə” öz meydanında 13, rəqib stadionlarında 17 dəfə fərqlənib. 

 

Səfərdəki bu məhsuldarlıq həm də klub tarixinin rekordudur. Qəsəbə klubu heç bir mövsümdə rəqib meydanında bu qədər qol vurmayıb. 2015/16 və 2017/18 mövsümlərində 15 dəfə fərqlənən "qartallar" 2016/17 mövsümündə meydan sahiblərinin qapısından 11 top keçiriblər.

 

Qeyd edək ki, “Zirə” cari mövsüm səfərdə bütün komandaların qapısından qol keçirib. “Qartallar” “Sabah”la “Neftçi”yə 4, “Keşlə”yə 3, “Qarabağ”la “Səbail”ə 2, “Sumqayıt”la “Qəbələ”yə 1 qol vurublar.

Tarix: 16 May [15:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 May 2019
20  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio