Milli üzvü 90 dəqiqə oynadı, komandası qalib gəldi

00:35 - 17 May 2019

Litva I liqasında VIII turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Kamran Quliyevin çıxış etdiyi “Jonava” klubu səfərdə “Pakruoyis”in qonağı olub. 

 

Görüş Quliyevin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Qəbələ Futbol Akademiyası”nın yetirməsi 90 dəqiqə meydanda olub. 

 

Qeyd edək ki, 8 turdan sonra aktivində 14 xal olan “Jonava” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər xətti