"Trabzonspor" sabiq "Qarabağ"lı ilə danışıqlara başlayacaq

12:12 - 17 May 2019

Türkiyə Super Liqasında çıxış edən "Trabzonspor" qapıçı axtarışılarına başlayıb.

 

Sportal.az "fotomaç"a istinadən xəbər verir ki, "bordo mavilər" "Ərzurumspor"un qapıçısı İbrahim Şehiçlə yenidən danışıqlara başlayacaq. Trabzon təmsilçisi Uğurcan Çakırla rəqabət aparacaq qapıçı kimi İbrahim Şehiçi görür.

 

Danışıqlar müsbət tamamlansa, ərzurumlular bu transferdən 2 milyon avro qazanacaq.

 

Bosniya və Herseqovina millisinin qapıçısı ötən yay "Qarabağ"dan Super Liqanın debütantı "Ərzurumspor"a keçib. 30 yaşlı əlcək sahibi 30 oyunda qapısından 36 top buraxıb. O, bu oyunların 6-da qapısını toxunulmaz saxlayıb. Şehiçin Ərzurum klubu ilə müqaviləsi gələn yay başa çatacaq.

Xəbər xətti