"Sabah"da baş məşqçi təyinatı

16:18 - 17 May 2019

“Sabah”ın əvəzedici komandasının yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifə təcrübəli mütəxəssis Rövşən Babayevə həvalə edilib. O, bu postda Vasif Haqverdiyevi əvəzləyib.

 

Xatırladaq ki, Babayev son mövsümdə əsas komandada köməkçi məşqçi funksiyasını yerinə yetirirdi. 

Xəbər xətti