Donnarumma üçün 50 milyon

18:35 - 17 May 2019

"Mançester Yunayted"in qapıçısı David de Xea ilə anlaşa bilməyən PSJ-nin yeni hədəfi bəlli olub.

 

Sportal.az "Repubblica"ya istinadən xəbər verir ki, Paris klubu "Milan"ın qapıçısı Canluici Donnarummanı transfer hədəfinə alıb. Paytaxt klubu 20 yaşlı qapıçı üçün 50 milyon avronu gözdən çıxarıb.

 

"Milan" ÇL-yə vəsiqə qazana bilməsə, bəzi futbolçuları Maliyyə Fair-Play qaydalarına görə satmağa çalışacaq.

 

Donnarummanın "Milan"la 2021-ci ilə qədər müqaviləsi var.

Xəbər xətti