Van Bommel Kovaçı əvəzləyəcək?

17:33 - 17 May 2019

Almaniyanın "Bayern" klubu baş məşqçisi Niko Kovaçla yolları ayırmağa hazırlaşır.

 

Sportal.az "Goal"a istinadən xəbər verir ki, Münhen klubu baş məşqçi postuna PSV-nin çalışdırıcısı Mark van Bommeli düşünür.

 

Van Bommel 2006-2011-ci illərdə "Bayern"də futbolçu kimi çıxış edib. O, ötən ildən PSV-ni çalışdırır və komandaya cari mövsüm Erediviziyada gümüş medal qazandırıb.

 

Bundesliqa təmsilçisi mövsüm bitdikdən sonra Kovaçla yolları ayıracaq və yeni baş məşqçisinin adını açıqlayacaq.

 

"Bayern" Bundesliqada çempionluğun bir addımlığındadır. Bundan əlavə, Kovaçın komandası ölkə kubokunun finalına yüksəlib.

Xəbər xətti