Azərbaycan millisində italiyalı baş məşqçi

12:11 - 18 May 2019

Qadınlardan ibarət voleybol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, yığmanı Covanni Kaprara çalışdıracaq. Bu barədə Avropa Voleybol Konfederasiyasının rəsmi saytı məlumat yayıb. İtalyan mütəxəssis, bu vəzifədə Faiq Qarayevi əvəzləyib.

 

Kaprara bir müddət Rusiya və Yunanıstanın qadınlardan ibarət voleybol millisini çalışdırıb.

Xəbər xətti