Zlatan İbrahimoviçə iki oyunluq cəza

14:52 - 18 May 2019

"Los-Anceles Qalaksi"nin futbolçusu Zlatan İbrahimoviç cəzalandırılıb.

 

Sportal.az xəbər verir ki, MLS-in 13-cü turunda "Nyu-York Siti" ilə görüşdə rəqib qapıçı ilə insident yaşayan isveçli forvarda 2 oyunluq cəza verilib.

 

37 yaşlı futbolçu komandasının 0:2 hesabı ilə məğlub olduğu matçın sonlarında vaxtı uzadan rəqib qolkiper Şon Consonla mübahisə edib. Mübahisə zamanı qapıçı Zalatanı itələyib. İbrahimoviç isə onun boğazından yapışıb.

 

Zlatan bu mövsüm MLS-də 10 oyuna 9 qol vurub. 

Xəbər xətti