Kasorla dörd ildən sonra İspaniya yığmasına dəvət aldı

16:20 - 18 May 2019

İspaniyanın "Vilyarreal" klubunda çıxış edən Santi Kasorla 4 illik fasilədən sonra milliyə dəvət alıb. 2016/17 mövsümündə "Arsenal"da çıxış edən zaman ayaq biləyindən aldığı ağır zədədən sonra 34 yaşlı futbolçu karyerasına bitirməyə yaxın idi. Ötən yay La Liqaya dönən oyunçu performansını getdikcə bərpa etdi.

 

Sportal.az xəbər verir ki, AÇ-2020-nin seçmə mərhələ oyunları üçün yığmaya dəvət alan Kasorla fikirlərini bölüşüb:

 

"Milliyə dəvət aldığımı komanda yoldaşlarım dedi. Məşqdən sonra adımı çəkirdilər, ancaq səbəbini bilmirdim. Daha sonra təbrik etməyə başladılar və mən hər şeyi başa düşdüm. Hələ də inanmıram. Çətin zamanlarda yanımda olanlara minnətdaram. Hər zaman milliyə qayıtmağı xəyal edirdim. Ancaq zədə səbəbindən 2 il futbol oynamadım və bunu arzulamaq çətin idi".

 

Kasorla cari mövsüm 45 oyuna 7 qol vurub, 11 assist edib.

Xəbər xətti