Dieqo Simeone: "Heç bir futbolçu "Atletiko"dan böyük deyil"

16:35 - 18 May 2019

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone mövsümün sonunda komandadan ayrılacağını bəyan edən Antuan Qrizmannın qərarına münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis fransalı futbolçunun komandadan ayrılacağını daha öncədən ehtimal etdiyini deyib:

 

"Hər şeydən öncə ona bizə fayda verdiyi üçün təşəkkür edirəm. Qrizmannı bir insan kimi çox sevirəm. Başqalarının qərarını mühakimə etməməyi öyrənmişəm. Ayrılmaq ehtimalının olduğunu onsuz da bilirdim".

 

Simeone heç bir futbolçunun "Atletiko"dan böyük olmadığını deyib:

 

"Heç bir futbolçu "Atletiko"dan böyük deyil. Buradan Fernando Torres, Serxio Aquero, Dieqo Forlan, Dieqo Kosta kimi futbolçular gedib və indi də Qrizmann ayrılır. Ancaq kim gedirsə, getsin, biz döyüşməyə davam etdik və edəcəyik".

Xəbər xətti