Azərbaycan millisinin üzvü Tailand klubunda

16:38 - 18 May 2019

Dünən futzal üzrə Azərbaycan çempionu olan “Araz” hücumçusu Xətai Bağırov ilə yollarını ayırıb.

 

Sportal.az federasiyanın saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü karyerasını ölkə xaricində davam etdirmək qərarı verib. Bu gün Tailanda yola düşən Bağırov “Sisaket” klubu ilə 6 aylıq müqavilə imzalayacaq.

 

Hazırda yaxşı günlərini yaşamayan klub uğursuzluq zolağından çıxmaq üçün Xətai Bağırovla yanaşı, braziliyalı futzalçılar da transfer edəcək.

 

Xəbər xətti