Emil Balayevli "Tobol" böyük hesablı qələbə qazandı

17:55 - 18 May 2019

Qazaxıstan Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" evdə "Atırau"nu 3:0 hesabı ilə məğlub edib.

 

Ötən turu zədə səbəbindən buraxan Balayev start heyətdə meydana daxil olub və sonadək oynayıb.

 

"Tobol" və "Kaysar" 23 xalla Premyer Liqanın turnir cədvəlində 2-3-cü  pillələri bölüşdürür. Lider "Astana"nın 28 xalı var.

 

Xəbər xətti