"Qəbələ"də şok itki: finalı buraxacaq

20:53 - 18 May 2019

Azərbaycan kubokunun finalında "Sumqayıt"la qarşılaşacaq "Qəbələ" ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın hücumçusu Ceyms Adeniyi həlledici görüşdə meydana çıxmayacaq. Bu barədə klubun baş məşqçisi Sənan Qurbanov məlumat verib. 39 yaşlı mütəxəssis xəstə olduğu üçün nigeriyalı forvardın bu qarşılaşmada iştirak etməyəcəyini bildirib.

 

26 yaşlı forvard bu mövsüm bütün turnirlə daxil olmaqla 31 oyuna 12 qol vurub. O, bu göstəricidə "Qəbələ"nin cari mövsüm bombardiridir.

 

Sabie Lilay və Amin Seydiyev isə cəzalı olduğu üçün sözügedən qarşılaşmada "qırmızı-qaralar"a kömək etməyəcək.

 

Qeyd edək ki, Naxçıvan şəhər stadionunda keçiriləcək oyun sabah saat 17:00-da start götürəcək.

Xəbər xətti