Rusiyada Azərbaycan derbisi: Şeydayevlə Quliyev üz-üzə gəldi - VİDEO

00:24 - 19 May 2019

Rusiya Premyer Liqasında 29-cu turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" evdə Moskva "Spartak"ına 1:2 hesabı ilə uduzub.

 

Ramil Şeydayev start heyətdə oyuna başlayıb və sonadək oynayıb. Qonaqların heyətində azərbaycanlı futbolçu Ayaz Quliyev də matçda 90 dəqiqə iştirak edib. Ayaz son dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

 

Ramil Şeydayevlə Ayaz Quliyev daha öncə Rusiyanın aşağı yaş qruplarından ibarət millilərində birgə çıxış edib. Şeydayev Azərbaycan millisini seçibsə, Quliyev qərar verməyib.

 

"Krılya Sovetov" Premyer Liqanın turnir cədvəlində 28 xalla 13-cü, "Spartak" isə 49 xalla 4-cüdür.

 

Xəbər xətti