"Qəbələ" Azərbaycan kubokunun qalibi oldu! YENİLƏNİB

18:57 - 19 May 2019

Azərbaycan kubokunun qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası stadionunda keçirilən həlledici matçda “Qəbələ” və “Sumqayıt” üz-üzə gəlib.

 

Bu, "Sumqayıt"ın ilk finalı olub. "Qəbələ" isə indiyədək 3 dəfə final həyəcanı yaşasa da, hamısında uduzmuşdu. "Qırmızı-qaralar" sindormu qıra bilib. Rəqibini minimal hesabla məğlub edən "Qəbələ" tarixində ilk titulunu əldə edib.

 

Bununla da, əyalət təmsilçisi Azərbaycanı Avropa Liqasında təmsil etmək hüququ qazanıb.

 

19 may (bazar)

Azərbaycan kuboku, final

 

17:00 “Qəbələ” - “Sumqayıt” - 1:0

Qol: Stiven-Jozef Monroz, 4

Qırmızı vərəqə: Cavid Tağıyev, 90+5 ("Sumqayıt")

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Naxçıvan Muxtar Respublikası Stadionu

Xəbər xətti