Kompaninin yeni klubu bəlli oldu - sabiq komandasına qayıtdı

15:34 - 19 May 2019

"Mançester Siti"dən ayrıldığını açıqlayan Vensan Kompaninin yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı belçikalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. Təcrübəli futbola başladğı "Anderlext"ə qayıdıb. O, bu komandada 3 il ərzində oynayan məşqçi olacaq.

 

Belçika millisinin üzvü "Anderlext"in yetirməsidir və peşəkar karyerasına bu klubda başlayıb. Kompani 2006-2008-ci illərdə "Hamburq", 2008-2019-cu illərdə "Mançester Siti"də çıxış edib.

Xəbər xətti