Milli üzvü "Qarabağ"da qaldı

16:16 - 19 May 2019

"Qarabağ"da yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu qapıçısı Şahrudin Məhəmmədəliyevlə başa çatan müqaviləni uzadıb. 24 yaşlı əlcək sahibi "köhlən atlar"la 2022-ci ilin yayına qədər müqavilə bağlayıb.

 

Şahrudin 2016-cı ilin yanvarında "Sumqayıt"dan "Qarabağ"a keçib. Azərbaycan millisinin üzvü cari mövsüm 12 oyunda ağdamlıların çərçivəsini qoruyub.

 

"Qarabağ" daha öncə kapitan Rəşad Sadıqovla müqaviləni 1 il uzatmışdı. Con Delarj, Reynaldo, Yakub Jezniçak və İnnosent Emeqara ilə yollar ayrılıb.

 

Xəbər xətti