"Qəbələ" ardıcıl altıncı dəfə avrokuboklarda!

Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün klublar müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, “Qarabağ” UEFA Çempionlar Liqası, “Neftçi”, “Səbail” və "Qəbələ" UEFA Avropa Liqasında mübarizə aparacaq.

 

"Sumqayıt"ı ölkə kubokunun finalında 1:0 hesabı ilə məğlub edən "Qəbələ" ardıcıl altıncı dəfə Avropa Liqasında çıxış edəcək. Bölgə klubu iki dəfə bu turnirin qrup mərhələsinidə oynayıb.

 

Avrokuboklarda I və II təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

Tarix: 19 May [19:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Sentyabr 2019
16  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio