Stiven Monroz: "Qəbələ"də sonuncu oyunum idi"

“Azərbaycan kubokunun “Qəbələ” üçün çox vacib titul olduğunu fikirləşirəm. Çünki bu, klubun ilk tituludur”.

 

Sportal.az xəbər verir ki, bunu “Report”a “Qəbələ”nin futbolçusu Stiven Monroz finalda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdikləri oyunda sonra deyib.
 
Matçda vurulan yeganə qolun müəllifi olan 29 yaşlı hücumçu kuboku əyalət təmsilçisinin sabiq prezidenti Tale Heydərovla baş məşqçi Sənan Qurbanova həsr etdiklərini bildirib: “Bütün komanda bu titulu qazanmaq üçün vuruşdu. Bizim üçün çox vacib qələbə idi. Mənim üçün əsas olan “Qəbələ”nin kuboku qazanması idi. Şəxsi olaraq məndən ötrü matç yaxşı keçdi, komandamın qələbə qolunu vurdum. Hesab edirəm ki, klub üçün mövsümün sonu yaxşı oldu”.
 
Monrozun sözlərinə görə, bu, onun “Qəbələ”də son oyunu olub: “Neftçi”yə keçib-keçməyəcyim barədə heç nə deyə bilmərəm. Zamanla nələrin olacağını görəcəyik”.
 
Qeyd edək ki, fransalı futbolçu 2017-ci ilin yayından “Qəbələ”də çıxış edirdi. O, paytaxtın "Neftçi" klubu ilə anlaşıb.

 

Tarix: 20 May [13:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 İyun 2019
15  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio