Xavi karyerasını başa vurdu

00:59 - 21 May 2019

İspaniya milli komandasının və “Barselona”nın sabiq yarımmüdafiəçisi Xavi Ernandes karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı futbolçu Qətərin "Əl-Sədd" klubunda son matçını keçirib.

 

Xavi məşqçi kimi fəaliyyət göstərmək istədiyini daha öncə açıqlamışdı.

 

Qeyd edək ki, Xavi 1998-2015-ci illər aralığında yetirməsi olduğu “Barselona”da çıxış edib.

Xəbər xətti