Yurçeviç media önünə çıxır

10:59 - 21 May 2019

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı baş tutacaq.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bu gün "Bakcell Arena"da media mənsublarının önünə çıxacaq.

 

“Bakcell Arena”da keçiriləcək tədbir saat 18:15-də başlayacaq.

 

Azərbaycan milli komandası AÇ-2020-nin seçmə mərhələsində iyunun 8-də Macarıstan, 11-də isə Slovakiyanı qəbul edəcək. Hər iki oyun "Bakcell Arena"da keçiriləcək.

Xəbər xətti