Nikola Yurçeviç: "Mahir Mədətov yaxşı oynamağa davam etsə, beynəlxalq arenada özünə yola aça bilər"

Azərbaycan milli komandansının baş məşqçisi Nikola Yurçeviç Premyer Liqanı 16 qolla bombardir tamamlayan "Qarabağ"ın hücumçusu Mahir Mədətovla bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, "CBC Sport"da "Bizim futbol" proqramının qonağı olan xorvatiyalı mütəxəssis 21 yaşlı forvardla bağlı bunları deyib:

 

"Mənim üçün sevindirici hal oldu. Mahiri təbrik edirəm. Baxmayaraq ki, çox az yaşdadır, milli və klubunda lazım olan təcrübəsi var. Azərbaycana gələndən onun 7-8 qoluna canlı şahid olmuşam. Hesab edirəm ki, Mahir yaxşı oynamağa davam etsə, beynəlxalq arenada da özünə yola aça bilər. Onun irəli getməsi milliyə və klubuna daha da uğurlu olar. Mahirə uğurlar arzu edirəm".

Tarix: 21 May [11:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Avqust 2019
16  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio