"Trazbonspor"un futbolçusu seçim qarşısında: Azərbaycan, yoxsa Türkiyə millisi?

13:09 - 21 May 2019

Türkiyənin "Trabzonspor" klubunun yarımmüdafiəçisi Murat Cem Akpınar Azərbaycan və Türkiyə milliləri arasında seçim edəcəyini deyib.

 

Sportal.az 61saat.com-a istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi seçim etmədiyini bildirib:

 

"Azərbaycanın aşağı yaş qruplarından ibarət millisində oynamışam. Təklif olsa, Türkiyə millisində çıxış edə bilərəm. Ancaq bu iki yığma arasında seçim etməmişəm".

 

Akpınar 2015-ci ildə Azərbaycanın U-17 millisində 13 oyuna 2 qol vurub. Gənc futbolçu bu mövsüm "Trabzonspor"un heyətində Super Liqada 5 oyuna 1 qol vurub. O, Türkiyə kubokunda 3 oyun keçirib.

Xəbər xətti