"Beşiktaş"ın Kaqava transferi üçün təklif edəcəyi məbləğ

17:33 - 21 May 2019

Türkiyənin "Beşiktaş" klubu qış fasiləsində Dortmund "Borussiya"sından icarəyə götürdüyü yaponiyalı futbolçu Şinji Kaqavanı birdəfəlik transfer etmək istəyir.

 

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul klubu 30 yaşlı yarımmüdafiəçinin transferi üçün Bundesliqa təmsilçisinə 1,5 milyon avro təklif edəcək. Almaniya klubu müqaviləsi 2020-ci ilin yayında bitəcək futbolçu ilə bağlı qərar verməyib.

 

Kaqava "Beşiktaş"da 13 oyuna 4 qol vurub, 2 assist edib.

Xəbər xətti