Miloş Velebit "Qəbələ"də

11:32 - 22 May 2019

Aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarının koordinatoru Miloş Velebit "Qəbələ" akademiyasının qonağı olacaq.


Sportal.az xəbər verir ki, serbiyalı mütəxəssis Qəbələyə 3 günlük səfəri zamanı klubun bazası və iş prinsipləri ilə tanış olmaqla yanaşı, bəzi təqdimatlar da həyata keçirəcək.


"Yeniyetmə futbolçuların inkişafı - zirvəyə yol", "AFFA-nın uşaq futboluna dair proqramları" və "Oyun tərzi, fəlsəfəsi və prinsinpləri" başlıqlı mövzular həm teorik, həm də praktik şəkildə məşqçilərə təqdim ediləcək.

 

Xəbər xətti