Azərbaycan Olimpiya Oyunlarına ilk lisenziyasını qazandı

Azərbaycan 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazanıb. 

 

Sportal.az xəbər verir ki, bu uğura atlet Anna Skidan imza atıb. 
 
Çəkicatma növündə çıxış edən 27 yaşlı idmançı Çinin Nanjinq şəhərində keçirilən “World Challange”də 72,92 m nəticə göstərərək, 5-ci olub. Bu, onun Tokio-2020-yə vəsiqəsini rəsmiləşdirib. Halbuki Olimpiadaya lisenziya əldə etmək üçün 72,50 m nəticə də kifayət idi.
 
Qeyd edək ki, Tokio-2020 iyunun 24-dən avqustun 9-dək keçiriləcək.

Tarix: 22 May [11:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 İyun 2019
15  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio