Hazardın transferi rəsmən açıqlandı

13:13 - 22 May 2019

Almaniyanın "Borussiya" klubu ikinci transferini rəsmən açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Dortmund təmsilçisi Münhenqladbax "Borussiya"sından 26 yaşlı belçikalı yarımmüdafiəçi Torqan Hazardı transfer edib. Bu transfer "Borussiya"ya 20 milyon avroya başa gəlib. Hazardla 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

 

Torqan Hazard bu mövsüm Bundesliqada 32 oyuna 10 qol vurub, 11 assist edib.

 

"Borussiya" daha öncə "Hoffenhaym"dan Niko Şultsu 27 milyon avroya transfer edib. Bundan əlavə, dortmundlular "Bayer"in vingeri Yulian Brandtın transferində anlaşma əldə edib.

Xəbər xətti