Paşayev 90 dəqiqə oynadı, komandası heç-heçə etdi

00:21 - 23 May 2019

Ukrayna Premyer Liqasında 29-cu turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" evdə "Mariupol"la 1:1 hesablı heç-heçə edib.

 

Paşayev start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

Qeyd edək ki, ilk 6-lıqda mübarizə aparan "Aleksandriya" 49 xalla 3-cüdür.

Xəbər xətti