"Barselona"da ciddi itki: finalı buraxacaq

11:16 - 23 May 2019

İspaniyanın “Barselona” klubu ciddi itkiylə üzləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, katalonların qolkiperi Mark-Andre ter Ştegen dizindəki zədəsini sağaltmayıb. Almaniya milli komandasının 27 yaşlı qapıçısı spaniya kubokunun finalında “Valensiya” ilə matçda meydana çıxmayacaq.

 

İspaniya kubokunun finalı mayın 25-də keçiriləcək.

Xəbər xətti