"Yuventus" Türkiyə millisinin üzvü ilə anlaşdı

Türkiyə millisinin müdafiəçisi Merih Demiral karyerasını "Yuventus"da davam etdirəcək.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Turin klubu 21 yaşlı futbolçu ilə 5 illik anlaşma əldə edib.

 

"Alanyaspor"un futbolçusu qış fasiləsində İtaliyanın "Sassuolo" klubuna icarəyə verilmişdi. "Yuventus"un türkiyəli futbolçu üçün 15-20 milyon avroluq təzminat ödəyəcəyi gözlənilir.

 

Demiral Türkiyənin bütün yaş qruplarından ibarət yığmalarında çıxış edib. O, ötən ildən əsas milliyə dəvət alır.

Tarix: 23 May [13:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Sentyabr 2019
15  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio