"Barselona"dan rəsmi transfer

15:57 - 23 May 2019

İspaniyanın "Barselona" klubu növbəti transferini rəsmiləşdirib.
  
Sportal.az klubun saytına istinadən xəbər verir ki, kataloniyalılar Hollandiyanın "Qroningen" klubunun yarımmüdafiəçisi Ludovit Reysi rənglərinə bağlayıb. Hollandiyalı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
 
Bu transfer "Barselona"ya 3,25 milyon avroya başa gəlib. Reysin sərbəst qalma dəyəri 100 milyon avro təyin edilib.
 
Valideynləri slovakiyalı olan gənc futbolçu başa çatan mövsüm Erediviziyada 31 oyun keçirib və 1 qola imza atıb.

Xəbər xətti